AVRO-2020: Almaniya millisinin iki futbolçusu Macarıstana qarşı oynamayacaq

AVRO-2020: Almaniya millisinin iki futbolçusu Macarıstana qarşı oynamayacaq Futbol üzrə Almaniya millisi Macarıstana qarşı keçirəcəyi Avropa çempionatının F qrupunun III tur oyununa itkilərlə çıxacaq.
Futbol
23 İyun , 2021 09:01
AVRO-2020: Almaniya millisinin iki futbolçusu Macarıstana qarşı oynamayacaq

Futbol üzrə Almaniya millisi Macarıstana qarşı keçirəcəyi Avropa çempionatının F qrupunun III tur matçına itkilərlə çıxacaq.

"Report"un məlumatına görə, Bundestimin heyətində Tomas Müller və Lukas Klosterman zədə səbəbindən oynamayacaq.

Hər iki oyunçu komandanın son məşqində iştirak etməyib.

Qeyd edək ki, bu gün "Münhen Futbol Arenası"nda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi