AVRO-2016: İsveçrə "play-off" mərhələsinə adlayıb

AVRO-2016: İsveçrə "play-off" mərhələsinə adlayıb Albaniya qrupdan çıxmaq şanslarını saxlayıb
Futbol
20 İyun , 2016 01:02
AVRO-2016: İsveçrə play-off mərhələsinə adlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində iki oyun keçirilib.
"Report" xəbər verir ki, "A" qrupunda Albaniya Rumıniya, Fransa isə İsveçrə ilə qarşılaşıb.

İlk qarşılaşma Albaniyanın 1:0-lıq qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 43-cü dəqiqədə Armando Sadiku vurub. Albaniya qazandığı 3 xal ilə turnirin "play-off" mərhələsinə çıxmaq şanslarını saxlayıb.

İsveçrə Fransa ilə qolsuz bərabərə qalmaqla qrupdan çıxmağı özünə təmin edib. Rumıniya aktivində 1 xal ilə qrupda qalıb. 

Son xəbərlər

Orphus sistemi