AVRO-2016-ya ən ucuz və ən bahalı biletin qiyməti açıqlanıb

AVRO-2016-ya ən ucuz və ən bahalı biletin qiyməti açıqlanıb Biletlər bu il iyunun 10-dan iyulun 10-dək satışda olacaq
Futbol
12 May , 2015 15:56
AVRO-2016-ya ən ucuz və ən bahalı biletin qiyməti açıqlanıb

Bakı. 12 may. REPORT.AZ/ Fransada keçiriləcək futbol üzrə 2016-cı il Avropa çempionatına ən ucuz bilet 25 avroya olacaq. "Report"un məlumatına görə, bu barədə çempionatın rəsmi "twitter" səhifəsində bildirilir. 

Ən bahalı biletin isə 895 avroya olacağı vurğulanıb. Biletlər bu il iyunun 10-dan iyulun 10-dək satışda olacaq. Satışa ümumilikdə 1,8 milyon bilet çıxarılacaq. 

Qeyd edək ki, AVRO-2016 Fransanın 10 şəhərində 24 ölkə yığmasının iştirakı ilə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi