Bakı. 5 sentyabr. REPORT.AZ/ Ötən gün futbol üzrə Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində 7-ci turun oyunları keçirilib.
"Report" xəbər verir ki, növbəti turda qonşu Gürcüstan millisi Şotlandiya üzərində minimal qələbə qazanıb.
Digər oyunlarda Almaniya Polşa üzərində qələbəyə sevinib, Serbiya yığması isə səfərdə Ermənistanı 2:0 hesablı məğlubiyyətə uğratmaqla qrupda ilk qələbəsini qazanıb.
Avro-2016. Təsnifat mərhələsi, 7-ci tur
D Qrupu
Gürcüstan - Şotlandiya 1:0 (1:0, 0:0)
Qol:1:0 – 37 Kazaişvili.
Cəbəllütariq – İrlandiya 0:4 (0:1, 0:3)
Qollar:0:1 – 26 Kristi, 0:2 – 49 Kin, 0:3 – 51, penal Kin, 0:4 – 79 Lonq.
Almaniya – Polşa 3:1 (2:1, 1:0)
Qollar:1:0 – 12 Müller, 2:0 – 19 Götse, 2:1 – 36 Levandovski, 3:1 – 82 Götse.
I Qrupu
Serbiya – Ermənistan 2:0 (1:0, 1:0)
Qollar: 1:0 – 21, avtoqol Ayrapetyan, 2:0 – 53 Lyayiç.
Danimarka – Albaniya 0:0 (0:0, 0:0)
F Qrupu
Farer adaları – Şimali İrlandiya 1:3 (1:1, 0:2)
Qollar: 0:1 – 12 Makoli, 1:1 – 36 Edmundsson, 1:2 – 71 Makoli, 1:3 – 75 Laferti.
Yunanıstan – Finlandiya 0:1 (0:0, 0:1)
Qol: 0:1 – 75 Poxyanpalo.
Macarıstan – Rumıniya 0:0 (0:0, 0:0)