​AVRO-2016: Ansi Aqollinin komandası meydana çıxacaq

​AVRO-2016: Ansi Aqollinin komandası meydana çıxacaq A və B qruplarının ilk oyunlarına yekun vurulacaq
Futbol
11 İyun , 2016 00:53
​AVRO-2016: Ansi Aqollinin komandası meydana çıxacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Avropa çempionatının ikinci günündə 3 qarşılaşma keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə A və B qruplarının ilk turuna yekun vurulacaq.

A qrupunda "Qarabağ" klubunun formasını geyinən Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması isveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. İspaniyalı referi Karlos Velasko Karbalyonun idarə edəcəyi oyun Lans şəhərinin "Bollar Delelis" stadionunda keçiriləcək. 

Qrupun digər oyununda Fransa Rumıniya ilə qarşılaşıb. Görüşün ilk hissəsində hesab açılmayıb. Lakin oyunun ikinci hissəsində hər iki komandanın oyunçuları qapılarında qol görüblər. Olivye Jiru 57-ci dəqiqədə Fransa yığmasını 1:0 hesabı ilə önə çıxarıb. Rumınlar isə 65-ci dəqiqədə Bogdan Stancunun 11 metrlik cərimə zəribəsindən vurduğu qolla hesabı bərabərləşdiriblər. 

Oyunun 89-cu dəqiqəsində Fransa yığmasının oyunçusu Payet yenidən komandasını hesabda irəli çıxarıb. Bununla da oyun 2:1 hesabı ilə Fransa yığmasının qələbəsi ilə başa çatıb.    

B qrupunda isə Uels - Slovakiya və İngiltərə - Rusiya oyunları baş tutacaq. Oyunları müvafiq olaraq norveçli Sveyn Oddvar Moen və italiyalı Nikola Ritsoli idarə edəcək. Komandalar Bordodakı "Matmyu Atlantik" və Marseldəki "Velodrom" stadionunda üz-üzə gələcəklər.

11 iyun

A qrupu

17:00. Albaniya - İsveçrə

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Pol van Bukel

Ehtiyat köməkçi hakim: Ervin Zeinstra (hər ikisi Hollandiya)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Alan Makraydır (Şotlandiya)

B qrupu:

20:00. Uels - Slovakiya

Baş hakim: Sveyn Oddvar Moen

Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas

Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)

Dördüncü hakim: Aleksey Kulbakov

Ehtiyat köməkçi-hakim: Vitali Malutsin (hər ikisi Belarus)

Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)

UEFA nümayəndəsi: Svetlana Xrınkeviç (Belarus)

23:00. İngiltərə - Rusiya

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn).

Son xəbərlər

Orphus sistemi