Avro-2016: Almaniya Şotlandiyanı, Portuqaliya isə son anda Albaniyanı məğlub edib - VİDEO

Avro-2016: Almaniya Şotlandiyanı, Portuqaliya isə son anda Albaniyanı məğlub edib - VİDEO Polşa Cəbəllütariqin qapısından 8 top keçirib
Futbol
8 Sentyabr , 2015 04:18
Avro-2016: Almaniya Şotlandiyanı, Portuqaliya isə son anda Albaniyanı məğlub edib - VİDEO

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 7-də futbol üzrə Avro-2016-nın təsnifat mərhələsinin 8-ci turuna yekun vurulub.

"Report" xəbər verir ki, günün mərkəzi görüşü Qlazqoda Şotlandiya və Almaniya yığmaları arasında baş tutub.

Gərgin keçən görüş almanların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb və bununla da britaniyalılar əməli olaraq Avro-2016-nın final mərhələsinə çıxmaq şanslarını itiriblər.

Polşalılar gözlənildiyi kimi Cəbəllütariq üzərində böyük hesablı qələbə qazanıblar. İrlandlar çətinliklə olsa da, gürcülərin öhdəsindən gələrək qrupda üçüncü mövqedə möhkəmləniblər. Onlar Polşadan 2, Almaniyadan isə 4 xal geri qalırlar.

Şimali irlandiyalılar Fransaya birbaşa vəsiqə qazanmaq üçün böyük istək nümayiş etdiriblər. On nəfərlə mübarizə aparan Şimali İrlandiya oyuna əlavə olunmuş dəqiqələrdə Macarıstana məğlubiyyətdən yaxa qurtarıb. Rumıniya xal itkisi ilə üzləşib. Komanda 90 dəqiqə ərzində Yunanıstanın qapısına yol tapa bilməyib. Əvəzində Finlandiyanın üçüncü yerə yüksəlmək şansları artıb. Şimal ölkəsinin futbolçuları Farer adaları üzərində minimal hesablı qələbə qazanıb. İndi skandinaviyalılar macarlardan 3 xal geridə qalırlar. Qrupa Şimali İrlandiya liderlik edir.

Portuqaliya komandası da artırma dəqiqələrində Albaniyada qələbə qazanıb. Millinin xilaskarı Migel Velozu olub. Bu nəticə Ermənistanla heç-heçə edən Danimarkaya ikinci yerdə qalmaq şansı verib.

Avro-2016. Təsnifat mərhələsi. 8-ci tur

I qrupu

Ermənistan – Danimarka - 0:0

Albaniya – Portuqaliya - 0:1

Qol: Velozu, 90 (0:1)

D qrupu

İrlandiya – Gürcüstan - 1:0

Qol: Uolters, 69 (1:0)

Şotlandiya – Almaniya - 2:3

Qollar: Müller, 18, (1:0), Hummels, 28 (1:1, avtoqol), Müller, 34 (1:2), Makartur, 48 (2:2), Gündoğan, 54 (2:3).

Polşa – Cəbəllütariq - 8:1

Qollar: Qrositski, 8, 15 (2:0), Levandovski, 18, 29 (4:0), Milik, 56, 72 (6:0), Blaşçikovski, 59 (7:0, pen.), Kapustka,73 (8:0), Qoslinq, 87 (8:1)

F qrupu

Finlandiya – Farer adaları - 1:0

Qol: Poxyanpalo, 23 (1:0)

Rumıniya – Yunanıstan - 0:0

Şimali İrlandiya – Macarıstan - 1:1

Qollar: Quzmiç, 74 (0:1), Laferti, 90 (1:1)

Son xəbərlər

Orphus sistemi