Bakı. 28 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə 2016-cı il Avropa çempionatının ¼ final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Report" xəbər verir ki, ¼ finala son vəsiqəni İngiltərəni 1/8 finalda 2:1 hesabı ilə məğlub edən İslandiya millisi qazanıb.
Beləliklə, turnirin ¼ final mərhələsində qarşılaşacaq komandalar:
Polşa – Portuqaliya (30 iyun, Marsel)
Uels – Belçika (1 iyul, Lill)
İtaliya – Almaniya (2 iyul, Bordo)
İslandiya və Fransa (3 iyul, Sen-Deni).
Avropa çempionatı iyulun 10-da başa çatacaq.