"Atletiko" və "Qarabağ" komandalarının heyətləri açıqlanıb

"Atletiko" və "Qarabağ" komandalarının heyətləri açıqlanıb Ramil Şeydayev ilk dəfə start heyətində yer alıb
Futbol
31 Oktyabr , 2017 22:58
Atletiko və Qarabağ komandalarının heyətləri açıqlanıb
Associated Press

Bakı. 31 oktyabr. REPORT.AZ/ İspaniyanın paytaxtı Madriddə futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında üz-üzə gələcək "Atletiko" və "Qarabağ" komandalarının heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov start heyətə ilk dəfə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi daxil edib.

Şeydayev cəzalı forvard Dino Ndlovunu, Yakub Jezniçak isə zədəli müdafiəçi Bədavi Hüseynovu əvəzləyib. Mahir Mədətov bu dəfə ümumiyyətlə "18-lik"də yer almayıb. Əvəzində ilk dəqiqələrdən meydana Donald Gerrye çıxacaq.

"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Nyiqes, 11. Anxel Korrea, 14. Qabi (kap), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anhel Moyya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 19. Lukas Ernandes, 16. Şime Vrsalko, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes

Baş məşqçi: Dieqo Simeone

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

"Metropolitano" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi