"Atletiko" "Valyadolid"i yenərək turnir cədvəlində 3-cü pilləyə yüksəlib

"Atletiko" "Valyadolid"i yenərək turnir cədvəlində 3-cü pilləyə yüksəlib İspaniya La Liqasının 30-cu turunun matçında Madrid Atletikosu Valyadolidi qəbul edib.
Futbol
20 iyun 2020 22:14
Atletiko Valyadolidi yenərək turnir cədvəlində 3-cü pilləyə yüksəlib

İspaniya La Liqasının 30-cu turunun matçında Madrid "Atletiko"su "Valyadolid"i qəbul edib.

“Report” xəbər verir ki, görüş Madridin "Vanda Metropolitano" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi "Atletiko"nun yarımmüdafiəçisi Vitolo olub. 30 yaşlı futbolçu 81-ci dəqiqədə dəqiq zərbə ilə topu qonaqların qapısından keçirib.

Hazlrda "Atletiko" yarış cədvəlində üçüncü yeri tutur. Madrid komandasının aktivində 52 xal var. "Valyadolid" 33 xalla 15-ci yerlə kifayətlənməli olub.

Son xəbərlər

Orphus sistemi