"Atletiko" Simeone ilə müqavilənin müddətini uzadır

"Atletiko" Simeone ilə müqavilənin müddətini uzadır İspaniyanın "Atletiko" klubu baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Futbol
19 Yanvar , 2021 14:48
Atletiko Simeone ilə müqavilənin müddətini uzadır
Dieqo Simeone

İspaniyanın "Atletiko" klubu baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamağa hazırlaşır.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi artıq bu istəyini argentinalı mütəxəssisə çatdırıb.

İddiaya görə, klub Simeoneyə 2 illik sözləşmə təklif edib. 51 yaşlı mütəxəssisin maaşının azaldılması şərtilə yeni müqaviləyə imza atmağa hazır olduğu bildirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Dieqo Simeonenin hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi