"Atletiko" "Qarabağ" və "Roma" ilə oyunların biletlərini satışa çıxarıb

"Atletiko" "Qarabağ" və "Roma" ilə oyunların biletlərini satışa çıxarıb Azərbaycan klubuna qarşı matçın bileti 3 dəfə ucuz müəyyənləşdirilib
Futbol
3 oktyabr 2017 05:53
Atletiko Qarabağ və Roma ilə oyunların biletlərini satışa çıxarıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniyanın “Atletiko” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” və İtaliyanın "Roma" klubuna qarşı keçirəcəyi son iki ev oyununun biletlərini satışa çıxarıb.

“Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan komandası ilə matç üçün ən ucuz bilet 10 avrodur. Əvəzində "Roma" ilə oyuna ən ucuz bilet bundan 3 dəfə bahadır. 

Qeyd edək ki, "Qarabağ"la ev oyunu okyabrın 31-də, "Roma" ilə qarşılaşma isə noyabrın 22-də "Metropolitano" stadionunda keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi