"Atletiko" "Qarabağ"a qol vuran futbolçusunun müqavilə müddətini uzadıb

"Atletiko" "Qarabağ"a qol vuran futbolçusunun müqavilə müddətini uzadıb 24 yaşlı yarımmüdafiəçi 30 iyun 2023-cü ildə başa çatacaq sözləşməyə imza atıb
Futbol
1 Mart , 2018 17:47
Atletiko Qarabağa qol vuran futbolçusunun müqavilə müddətini uzadıb

Bakı. 1 mart. REPORT.AZ/ İspaniyanın “Atletiko” klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Qarabağ”la ev oyununda qol vuran Tomas Parteyin müqaviləsinin müddətini uzadıb.

“Report” xəbər verir ki, 24 yaşlı qanalı yarımmüdafiəçi 30 iyun 2023-cü ildə başa çatacaq sözləşməyə imza atıb. Onun mövcud müqaviləsi 2022-ci ilin iyununadək idi.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Tomas Partey 2015-ci ilin noyabrında əsas komandada debüt edib. O, Madrid təmsilçisinin heyətində 82 matça çıxıb. “Atletiko” ilə səfər oyununda “Qarabağ”ın qolunu 40-cı dəqiqədə Miçel vurub. 56-cı dəqiqədə isə Partey uzaqdan zərbə ilə hesabı bərabərləşdirib - 1:1. 

Son xəbərlər

Orphus sistemi