"Atletiko"nun "Qarabağ"ı qəbul edəcəyi yeni stadionda problem aşkarlanıb - VİDEO

"Atletiko"nun "Qarabağ"ı qəbul edəcəyi yeni stadionda problem aşkarlanıb - VİDEO İnşası yekunlaşmaq üzrə olan "Estadio Metropolitano"nun damı su keçirməyə başlayıb
Futbol
29 Avqust , 2017 11:58
Atletikonun Qarabağı qəbul edəcəyi yeni stadionda problem aşkarlanıb - VİDEO

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İspaniya “Atletiko”sunun yeni inşa edilən stadionunda problem aşkarlanıb.

“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, tikintisi yekunlaşmaq üzrə olan "Estadio Metropolitano"nun damı güclü qasırğadan sonra su keçirməyə başlayıb. Səbəb dam örtüyündə aparılan işlərin başa çatdırılmamasıdır.

Madrid təmsilçi rəsmi “Twitter” səhifəsi vasitəsilə azarkeşlərə müraciət edərək, onları sakit olmağa səsləyib: “Biz hələ damın quraşdırılması ilə məşğuluq. Arxayın olun, sentyabrın 16-da hər şey ideal olacaq”.

“Atletiko” "Estadio Metropolitano"da ilk oyununu sentyabrın 16-da İspaniya La Liqasının IV turu çərçivəsində “Malaqa”ya qarşı keçirəcək. Madriddəki 68 min nəfərlik arenada ilk ÇL matçı sentyabrın 27-də "Atletiko" ilə "Çelsi" arasında olacaq. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.

Qeyd edək ki, "Estadio Metropolitano" 2018/2019 mövsümündə Çempionlar Liqasının final matçının keçirilməsi uğrunda mübarizədə Bakı Olimpiya Stadionunun yeganə rəqibidir. Bununla bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi