Bakı. 16 avqust. REPORT.AZ/ İspaniya "Atletiko"sunun futbolçusu Dieqo Kosta UEFA Super Kuboku tarixində ən erkən qola imza atıb.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu "Real Madrid"lə hazırda davam edən matçın 49-cu saniyəsində fərqlənib. Sonradan o, 79-cu dəqiqədə daha bir qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda əlavə vaxt gedir. "Atletiko" 4:2 hesabı ilə öndədir.
Qeyd edək ki, əvvəlki rekord yarımmüdafiəçi Ever Baneqaya məxsus olub. O, 2015-ci ildə "Sevilya"da çıxış etdiyi vaxt "Barselona"nı 3-cü dəqiqədə məyus edib.