"Atletiko"nun futbolçusuna 4 oyunluq cəza verildi

"Atletiko"nun futbolçusuna 4 oyunluq cəza verildi 30 yaşlı oyunçu Antonio Rudigeri dirsəyi ilə vurub
Futbol
105
15 Aprel , 2021 19:59
Atletikonun futbolçusuna 4 oyunluq cəza verildi

UEFA İspaniyanın "Atletiko" klubunun futbolçusu Stefan Saviçi cəzalandırıb.

"Report"un məlumatına görə, buna monteneqrolu müdafiəçinin İngiltərədə "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında qırmızı vərəqə alaraq meydandan qovulması və qarşılaşmanın baş hakimi Daniele Orsatonu təhqir etməsi səbəb olub.

30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Bunu aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Atletiko" ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

Son xəbərlər

Orphus sistemi