"Atletiko"nun futbolçusu öz transferinə pul qoyuluşu etməkdə günahlandırılır

"Atletiko"nun futbolçusu öz transferinə pul qoyuluşu etməkdə günahlandırılır İspaniyanın Atletiko klubunun futbolçusu Kiran Tripyer ciddi sanksiya ilə üzləşə bilər.
Futbol
1 May , 2020 20:38
Atletikonun futbolçusu öz transferinə pul qoyuluşu etməkdə günahlandırılır

İspaniyanın "Atletiko" klubunun futbolçusu Kiran Tripyer ciddi sanksiya ilə üzləşə bilər.

"Report"un BBC-yə istinadən məlumatına görə, İngiltərə Futbol Federasiyası yerli müdafiəçinin mərc oyunlarında iştirakından şübhələnir.

İddiaya görə, 30 yaşlı oyunçu 2019-cu ilin yayında "Tottenhem"dən Madrid təmsilçisinə keçərkən öz transferinə pul qoyuluşu edib.

K.Tripyer isə bu ittihamları qəbul etmədiyini bildirib. Təcrübəli futbolçu düşünür ki, kimlərsə onun adını bu cür xoşagəlməz hadisədə hallandırmaq istəyir.

Müdafiəçiyə qarşı irəli sürülən ittiham təsdiqini tapsa, onun bir neçə ay müddətinə futboldan kənarlaşdırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi