"Atletiko"nun baş məşqçisi oğlu üçün 40 milyon avro təklif edib

"Atletiko"nun baş məşqçisi oğlu üçün 40 milyon avro təklif edib Bakı. 31 iyul. REPORT.AZ/ İspaniya təmsilçisi “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone oğlu Covannini komandasında görmək istəyir.
Futbol
31 İyul , 2018 11:53
Atletikonun baş məşqçisi oğlu üçün 40 milyon avro təklif edib
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ İspaniya təmsilçisi “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone oğlu Covannini komandasında görmək istəyir.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, Madrid təmsilçisi 48 yaşlı argentinalı mütəxəssisin istəyi ilə 23 yaşlı hücumçu üçün İtaliyanın “Fiorentina” klubuna 40 milyon avro təklif edib. Lakin florensiyalılar bu məbləği az hesab etdikləri üçün geri çeviriblər.

Qeyd edək ki, Covanni Simeone ötən mövsüm “Fiorentina”nın heyətində keçirdiyi 40 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi