"Atletiko"nun baş məşqçisi koronavirusdan sağaldı

"Atletiko"nun baş məşqçisi koronavirusdan sağaldı İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib.
Futbol
26 Sentyabr , 2020 09:21
Atletikonun baş məşqçisi koronavirusdan sağaldı
Dieqo Simeone

İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, sentyabrın 12-dən bəri evində təcrid olunan 50 yaşlı mütəxəssis sağalıb. 

Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib. 

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da işləyir. Klub onun rəhbərliyi altında 2013/2014 mövsümündə İspaniya çempionatının qalibi olub. Argentinalı baş məşqçi İspaniya Kubokunu, Superkubokunu, iki dəfə Avropa Liqasını və iki dəfə UEFA Super Kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi