​"Atletiko Madrid" azərbaycanlı iş adamının keçmiş klubunu almaq niyyətindədir

​"Atletiko Madrid" azərbaycanlı iş adamının keçmiş klubunu almaq niyyətindədir İspan klubu "Lans"ın səhmlərinin bir hissəsini almağı planlaşdırır
Futbol
20 May , 2016 03:07
​Atletiko Madrid azərbaycanlı iş adamının keçmiş klubunu almaq niyyətindədir

Bakı. 20 may. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubu (Madrid) Fransanın "Lans" komandasının səhmlərinin bir hissəsini almağı planlaşdırır.

"Report" xəbər verir ki, alış-veriş Lüksemburqun "Solferino" şirkəti ilə birgə baş verə bilər.

Klubun əvvəlki sahibi azərbaycanlı iş adamı Hafiz Məmmədovdur. Lakin Fransa məhkəməsi onun şirkətini müflis elan edib və "Lans" müsadirə olunub.

Klub ikinci liqanın 2015/2016-cı illər mövsümünün yekununda 6-cı yeri tutub.

Son xəbərlər

Orphus sistemi