“Atletiko” klubunun azarkeşləri əvvəlki loqotipin geri qaytarılmasını tələb edirlər

“Atletiko” klubunun azarkeşləri əvvəlki loqotipin geri qaytarılmasını tələb edirlər Bakı. 30 mart. REPORT.AZ/ İspaniyanın “Atletiko” futbol klubunun bir qrup azarkeşi əvvəlki loqotipinin qaytarılması üçün imzatoplama kampaniyasına start verib.
Futbol
30 Mart , 2018 10:17
“Atletiko” klubunun azarkeşləri əvvəlki loqotipin geri qaytarılmasını tələb edirlər

Bakı. 30 mart. REPORT.AZ/ İspaniyanın “Atletiko” futbol klubunun bir qrup azarkeşi əvvəlki loqotipinin qaytarılması üçün imzatoplama kampaniyasına start verib.

“Report” “El Mundo”ya istinadən xəbər verir ki, fanatlar Madrid təmsilçisinin 2017-ci ildən istifadə etdiyi loqotipdə bəzi elementlərin götürülməsindən narazıdırlar. Onlar klubun yeni mövsümdən etibarən eyni zamanda iki loqotipdən istifadə etməsini, özləri üçün forma alarkən, seçim imkanlarının olmasını istəyirlər.

Artıq ideyanı dəstəkləyənlərin sayı 21 min nəfərə çatıb.

Qeyd edək ki, “Atletiko” cari mövsümdə Çempionlar Liqasında “Qarabağ”da eyni qrupda yer alıb və hər iki görüşdə heç-heçə edib - 0:0, 1:1.

Son xəbərlər

Orphus sistemi