"Atletiko" dünya çempionu ilə müqavilə bağlayacaq
Futbol
- 09 avqust, 2024
- 05:41
Argentina millisinin hücumçusu Xulian Alvares gələn həftə İspaniyanın "Atletiko" klubu ilə müqavilə bağlayacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı dünya çempionu avqustun 12-də tibbi müayinədən keçəcək.
Hər şey qaydasında olsa, Madrid təmsilçisi ilə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə imzalanacaq.
Qeyd edək ki, 2021-ci ildən "Mançester Siti"nin formasını geyinən forvard 2023/2024 mövsümündə meydana çıxdığı 54 matçda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
04:11
ABŞ-də bir sentlik sikkələrin zərbi dayandırılıb
Digər ölkələr03:41
G7 ölkələri Ukraynada atəşkəsə çağırış edib
Digər ölkələr03:09
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Region03:05
Rubio: ABŞ Macarıstana Rusiyaya qarşı sanksiyalardan bir illik möhlət verib
Digər ölkələr02:44
AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək
Futbol02:07
İtaliyanın "Corriere della Sera" qəzeti Lavrovla müsahibənin dərcindən imtina edib
Media01:40
ABŞ Karib hövzəsində narkotik ticarətinin qarşısını almağa davam edəcək
Digər ölkələr01:26
İraq Baş nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
Digər ölkələr01:09