"Atletiko" Dieqo Simeonenin cəzası ilə əlaqədar CAS-a şikayət edəcək

"Atletiko" Dieqo Simeonenin cəzası ilə əlaqədar CAS-a şikayət edəcək Bakı. 24 may. REPORT.AZ/ İspaniya Atletikosu baş məşqçi Dieqo Simeonenin diskvalifikasiyası ilə əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.
Futbol
24 May , 2018 09:46
Atletiko Dieqo Simeonenin cəzası ilə əlaqədar CAS-a şikayət edəcək
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ İspaniya "Atletiko"su baş məşqçi Dieqo Simeonenin diskvalifikasiyası ilə əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi argentinalı mütəxəssisin UEFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanmasından narazıdır. Simeone Avropa Liqasında İngiltərənin "Arsenal" komandası ilə ilk yarımfinal oyunu zamanı hakimi təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. O, cəzasının 2 matçlıq hissəsini çəkib.

Madrid təmsilçisinin baş məşqçisi avqustun 15-də Estoniyanın paytaxtı Tallində Çempionlar Liqasının qalibinə qarşı oynayacaqları UEFA Super Kuboku və gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsinin ilk tur mücadiləsində də texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, "Atletiko" bu mövsüm finalda Fransa "Marsel"ini 3:0 hesablı məğlubiyyətə uğradaraq, Avropa Liqasının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi