“Atletiko” “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürüb

“Atletiko” “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürüb Madridlilər 28 yaşlı hücumçu üçün 65 milyon avro ödəməyə hazırdırlar
Futbol
18 Sentyabr , 2017 14:30
“Atletiko” “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ İspaniyanın “Atletiko” klubu İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Dieqo Kosta üçün son təklifini irəli sürüb.

“Report” “Marca”ya istinadən xəbər verir ki, madridlilər 28 yaşlı hücumçu üçün 10 milyonu bonus şəklində olmaqla 65 milyon avro ödəməyə hazırdırlar. Lakin tərəflər hələlik razılığa gələ bilmirlər.

Əsas fikir ayrılığı “Çelsi” rəhbərliyinin transfer məbləğinin 5 faizini futbolçuya vermək istəməməsinə görədir. Halbuki bununla bağlı Kostanın müqaviləsində xüsusi bənd var.

2014-cü ildə 38 milyon avro qarşılığında “Atletiko”dan “Çelsi”yə keçən və bir müddətdir əsas heyətindən kənarlaşdırılan forvard hazırda Madriddə fərdi qaydada məşq edir.

Qeyd edək ki, “Çelsi” və “Atletiko” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi