"Atletiko" - "Çelsi" matçının yeri dəyişdirildi

"Atletiko" - "Çelsi" matçının yeri dəyişdirildi Qarşılaşça Rumıniyanın paytaxtı Buxarestdə olacaq
Futbol
117
8 Fevral , 2021 16:00
Atletiko - Çelsi matçının yeri dəyişdirildi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" komandaları arasındakı ilk matçın yeri dəyişdirilib.

"Report" xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə olacaq.

Buna səbəb London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsidir. Qarşılaşma fevralın 23-də təşkil ediləcək.

Qeyd edək ki, 1/8 finalın “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) görüşü də eyni səbəbdən Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi