"Atletiko" Bakıya AZAL-a məxsus "Qarabağ" təyyarəsi ilə gəlir - FOTO

"Atletiko" Bakıya AZAL-a məxsus "Qarabağ" təyyarəsi ilə gəlir - FOTO Təyyarə saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq
Futbol
16 Oktyabr , 2017 21:45
Atletiko Bakıya AZAL-a məxsus Qarabağ təyyarəsi ilə gəlir - FOTO

Bakı. 16 oktyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı üçün Bakıya AZAL-a məxsus təyyarə ilə gəlir.

"Report"un "Marca"ya istinadən məlumatına görə, Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq.

"Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir.

Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.

Qeyd edək ki, "Atletiko" Bakıda "Marriott" otelində məskunlaşacaq. Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.   

Son xəbərlər

Orphus sistemi