"Atletiko" Antuan Qrizmannı təqdim edib

"Atletiko" Antuan Qrizmannı təqdim edib İspaniya "Atletiko"su yay transfer pəncərəsinin sonuncu günündə heyətinə qatdığı fransalı futbolçu Antuan Qrizmannı təqdim edib.
Futbol
8 Sentyabr , 2021 20:58
Atletiko Antuan Qrizmannı təqdim edib
Antuan Qrizmann

İspaniya "Atletiko"su yay transfer pəncərəsinin sonuncu günündə heyətinə qatdığı fransalı futbolçu Antuan Qrizmannı təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, təqdimat mərasimi Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda baş tutub.

30 yaşlı hücumçunun icarə müddəti istənilən vaxt daha 1 illik uzadıla bilər. Müqavilədə təcrübəli forvardı 40 milyon avroya satın alma öhdəliyi də var. "Barselona" 2019-cu ildə oyunçunun transferinə 120 milyon avro xərcləyib.

Qeyd edək ki, Antuan Qrizmann 2019-cu ildən "Barselona"da çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi