"Atletik" klubunun yeni baş məşqçisi müəyyənləşdi

"Atletik" klubunun yeni baş məşqçisi müəyyənləşdi İspaniyanın "Atletik" komandasına yeni baş məşqçi təyinatı gerçəkləşib.
Futbol
4 Yanvar , 2021 11:25
Atletik klubunun yeni baş məşqçisi müəyyənləşdi
Marselino Qarsiya Toral

İspaniyanın "Atletik" komandasına yeni baş məşqçi təyinatı gerçəkləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.

55 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.

Qeyd edək ki, M.Q.Toral daha əvvəl İspaniyanın "Valensiya", "Vilyarreal", "Sevilya", "Rasinq", "Saraqosa", "Rekreativo", "Sportinq" və "Lealtade" komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi