Atatürkün "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik etdiyi üzə çıxıb - VİDEO

Atatürkün "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik etdiyi üzə çıxıb - VİDEO 1933-cü ildə “Qalatasaray”dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub
Futbol
24 Avqust , 2018 17:50
Atatürkün Neftçi ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik etdiyi üzə çıxıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azarkeşlik etdiyi klub müəyyənləşib.

“Report” “İndigo” jurnalına istinadən xəbər verir ki, bu, “Güneş” İdman Klubudur. 

1933-cü ildə “Qalatasaray”dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub. İstanbul təmsilçisinin ilk prezidenti isə M.K.Atatürkün sadiq yavəri Cevat Abbas Gürer seçilib. Komanda 1937/1938 mövsümündə həm milli çempionatın, həm də İstanbul Futbol Liqasının qalibi olub.

“Güneş” klubu 21 iyul 1959-cu ildə Bakıda “Neftçi” ilə yoldaşlıq oyunu da keçirib. İosif Stalin adın Respublika Stadionunda (indiki Tofiq Bəhramov adına Respublika Stadionu – red.) baş tutmuş matçda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi