"Atalanta"nın futbolçusu dünyasını dəyişdi

"Atalanta"nın futbolçusu dünyasını dəyişdi İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.
Futbol
234
23 Fevral , 2021 21:15
Atalantanın futbolçusu dünyasını dəyişdi

İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.

"Report" klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub.

Kot d İvuardan olan oyunçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, ömrünün son aylarını vətənində keçirib.

Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi