"Atalanta"nın futbolçusu: "Azərbaycan futbol oynamağı bacarır"

"Atalanta"nın futbolçusu: "Azərbaycan futbol oynamağı bacarır" "Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı".
Futbol
814
12 Noyabr , 2020 08:52
Atalantanın futbolçusu: Azərbaycan futbol oynamağı bacarır
Yosip İliçiç

"Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı".

"Report"un məlumatına görə, bu fikirləri Sloveniya yığmasının futbolçusu Yosip İliçiç yerli telekanallardan birinə açıqlamasında Azərbaycanla yoldaşlıq oyunu barədə danışarkən deyib.

32 yaşlı hücumameylli yarımmüdafiəçi rəqibin yaxşı komanda olduğunu bildirib: "Sübut etdik ki, oynamağı bacarırıq. İndikindən daha yaxşı ola bilərik. Azərbaycan real və tələbkar komandadır. Onlar da futbol oynamağı bacarır".

İtaliyanın "Atalanta" klubunda çıxış edən təcrübəli oyunçu 1 illik fasilədən sonra milliyə qayıdışını da şərh edib: "Yığmada çox şey dəyişib. Ona görə qayıtdım ki, bu, mənim sonuncu şansımdır. Danışmaqdansa, daha çox çalışmalıyıq. Hər komandaya vaxt lazımdır".

Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi