"Astana" rusiyalı baş məşqçiyə tapşırıldı

"Astana" rusiyalı baş məşqçiyə tapşırıldı Qazaxıstanın "Astana" komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
562
16 Oktyabr , 2020 12:30
Astana rusiyalı baş məşqçiyə tapşırıldı
Andrey Tixonov

Qazaxıstanın "Astana" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Nur Sultan təmsilçisi rusiyalı Andrey Tixonova tapşırılıb.

50 yaşlı mütəxəsssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Tixonov bu postda avqustun sonlarında istefaya göndərilmiş Mixal Bileki əvəzləyib. Bu vaxta qədər "Astana"da baş məşqçi vəzifəsini Pol Eşuort yerinə yetirib.

Qeyd edək ki, Andrey Tixonov futbolçu karyerasında Rusiyanın "Spartak" klubundakı oyunu ilə yadda qalıb. O, bir müddət Moskva təmsilçisində köməkçi məşqçi kimi işləyib.

Son xəbərlər

Orphus sistemi