"Astana"nın prezidenti: "Qriqorçuku yanvarda gətirmək istəyirdik"

"Astana"nın prezidenti: "Qriqorçuku yanvarda gətirmək istəyirdik" Bakı. 1 iyun. REPORT.AZ/ Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Hamitcanov Roman Qriqorçuku baş məşqçi postuna gətirmələrinin səbəblərini açıqlayıb.
Futbol
1 İyun , 2018 13:51
Astananın prezidenti: Qriqorçuku yanvarda gətirmək istəyirdik
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Hamitcanov Roman Qriqorçuku baş məşqçi postuna gətirmələrinin səbəblərini açıqlayıb.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, klub rəhbəri ukraynalı mütəxəssisi Azərbaycanda “Qəbələ”yə rəhbərlik etdiyi müddətdə imza atdığı uğurlara görə seçdiklərini söyləyib, O bildirib ki, Qriqorçuku seçmələrinin bir neçə səbəbi var: "Birincisi, o, avrokuboklarda nəticəyə nail olub. Üç fərqli klubla avrkokubokların qrup mərhələsində dörd dəfə çıxış etmiş çox ciddi mütəxəssisdir. İkincisi, Qriqorçuk fərqli ölkə və komandalara çox tez uyğunlaşır, yerindən asılı olmayaraq, nəticə verir. Qriqorçukun hədəfləri bizimki ilə üst-üstə düşür. Özü də, rusdilli mütəxəssisdir. Azərbaycanda – bizimlə eyni mentalitetə malik olan türk-müsəlman ölkəsində uğur qazanıb. Ümid edirəm ki, onunla daha böyük uğurlara imza atacağıq. İlkin müqavilə iki illikdir. Sonrasına baxarıq”.

Hamitcanov deyib ki, Qriqorçuku hələ yanvarda “Astana”nın sükanı arxasına gətirmək istəyiblər. Lakin onun mayadək “Qəbələ” ilə müqaviləsinin olması təyinatı yubadıb: “İlin əvvəlində Stanimir Stoilov Qazaxıstan millisinin sükanı arxasına keçəndən sonra baş məşqçi axtarışına başlamalı olduq. Roman Qriqorçukla müəyyən razılaşmamız olmuşdu. Biz istəyirdik ki, o, Stoilov getdiyi zaman gəlsin. Lakin əvvəlki klubu ilə maya qədər müqaviləsi vardı”.

Klub prezidenti Stoilovun gedişindən sonra komandaya müvəqqəti rəhbərlik edən Qriqori Babayanın da gələcək taleyinə aydınlıq gətirib. O, erməni mütəxəssisin Qriqorçukun əsas köməkçisi, sağ əli olacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi