Assosiasiyalar UEFA-nın Superliqa ilə bağlı bəyannaməsini təsdiqlədi

Assosiasiyalar UEFA-nın Superliqa ilə bağlı bəyannaməsini təsdiqlədi Tam mətn UEFA-nın rəsmi saytında yayımlanacaq
Futbol
108
20 Aprel , 2021 17:30
Assosiasiyalar UEFA-nın Superliqa ilə bağlı bəyannaməsini təsdiqlədi

UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasını qınayan bəyannaməni təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi tvitter hesabı məlumat yayıb.

Bildirilib ki, bəyannamənin tam mətni günortadan sonra UEFA-nın rəsmi saytında yayımlanacaq.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi