“Associated Press” ermənilərin öldürdüyü futbolçudan yazdı

“Associated Press” ermənilərin öldürdüyü futbolçudan yazdı Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar
Futbol
2 Oktyabr , 2020 16:56
“Associated Press” ermənilərin öldürdüyü futbolçudan yazdı

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Associated Press” xəbər agentliyinə açıqlama verib.

"Report" yazının tərcüməsini təqdim edir: "AFFA cümə axşamı Ermənistanla münaqişə zəminində qətlə yetirilən 13 yaşlı futbolçu ilə əlaqədar UEFA-nın üzvlərindən dəstək istədi.

Etnik ermənilərin nəzarəti altında olan Azərbaycan ərazisindəki Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərlə davam edən mübahisə son bir həftədə alovlandı. “Bu çətin anda mülki şəxslərə qarşı təcavüzü qınamaq üçün, gənclərin və xüsusilə bütün xalqların azyaşlı nümayəndələrinin bu və ya digər şəkildə hərbi əməliyyatlar nəticəsində zərər çəkməsini dayandırmaq üçün Avropa futbol ailəsini həmrəyliyə çağırırıq", - dedi.

Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun imzaladığı məktubda UEFA üzvü olan Milli Assosiasiyaların yüksək vəzifəli şəxslərindən #StopChildMurder həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırış edilib. Uşaq liqasının oyunçusu Şəhriyar Qurbanov, münaqişə zonasından 50 kilometr uzaqda yerləşən doğma şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilmişdir. FİFA-nın baş katibi Fatma Samouranın bununla bağlı başsağlığı məktubu AFFA-nın saytında dərc olunub. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla Ermənistan arasındakı gərginlik iki ölkənin futbol münasibətlərinə də mənfi təsir edib. Qonşu ölkələr 2008 Avropa çempionatının seçmə qrupunda bir-biri ilə oynamaqdan imtina etdikdən sonra UEFA turnirlərin püşkatmalarında onların milli və klub komandalarını ayırdı.

Son xəbərlər

Orphus sistemi