Asiyada ötən ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Asiyada ötən ilin ən yaxşı futbolçusu müəyyənləşdi "Fox Sports" telekanalı Asiyada 2020-ci ilin ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Futbol
4 Yanvar , 2021 17:13
Asiyada ötən ilin ən yaxşı futbolçusu müəyyənləşdi
Son Xın Min

"Fox Sports" telekanalı Asiyada 2020-ci ilin ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, birinci yerə 286 xalla İngiltərə "Tottenhem"inin Cənubi koreyalı hücumçusu Son Xın Min layiq görülüb.

Rusiyanın "Zenit" klubunda çıxış edən iranlı forvard Serdar Azmun 89 xal toplayaraq 2-ci olub. İlk "3-lüy"ü Cənubi Koreyanın "Ulsan Hunday" komandasının hücumçusu Junior Neqrao (83 xal) tamamlayıb.

Son xəbərlər

Orphus sistemi