Asiya Futbol Konfederasiyası FIFA-nın təklifini dəstəkləyib

Asiya Futbol Konfederasiyası FIFA-nın təklifini dəstəkləyib Asiya Futbol Konfederasiyası (AFC) FIFA-nın təşəbbüsü və rəhbərliyi altında beynəlxalq oyunların təqvimini optimallaşdırmaq baxımından dünya çempionatının 2 ildən bir keçirilməsi təklifini alqışlayır.
Futbol
14 Sentyabr , 2021 12:19
Asiya Futbol Konfederasiyası FIFA-nın təklifini dəstəkləyib

Asiya Futbol Konfederasiyası (AFC) FIFA-nın təşəbbüsü və rəhbərliyi altında beynəlxalq oyunların təqvimini optimallaşdırmaq baxımından dünya çempionatının 2 ildən bir keçirilməsi təklifini alqışlayır.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, AFC-nin bu istiqamətdə maraqlı tərəflərlə işləmək əzmində olduğu bildirilib.

"Dünyanın bütün regionları üçün müxtəlif ehtiyacları və potensial faydaları əks etdirən gələcək beynəlxalq oyun təqviminin formalaşdırılmasında fəal iştirak etməyi səbirsizliklə gözləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi, hazırda isə FIFA-da Futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib.

Son xəbərlər

Orphus sistemi