BƏƏ Futbol Assosiasiyası 150 min dollar cərimələnib

BƏƏ Futbol Assosiasiyası 150 min dollar cərimələnib Asiya Futbol Konfederasiyasının (AFC) İntizam Komitəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyasını 150 min dollar məbləğində cərimələyib.
Futbol
11 Mart , 2019 19:35
BƏƏ Futbol Assosiasiyası 150 min dollar cərimələnib

Asiya Futbol Konfederasiyasının (AFC) İntizam Komitəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyasını 150 min dollar məbləğində cərimələyib.

"Report" xəbər verir ki, buna BƏƏ yığması azarkeşlərinin Asiya Kubokunun yarımfinalında Qətər ilə matçdakı davranışları səbəb olub.

Abu-Dabidə baş tutmuş görüşdə BƏƏ fanatları Qətərin himni səslənən zaman təhqiramiz səslər çıxarıblar. Onlar həmçinin meydana yad əşyalar atıblar və stadionda iğtişaşa səbəb olublar. Matç zamanı azarkeşlərdən biri meydana tərəf qaçmağa başlayıb.

BƏƏ komandası bunlara görə Asiya Kubokunun seçmə mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, həmin görüşdə Qətər yığması 4:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Komanda finalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunun qalibi olub. 

Son xəbərlər

Orphus sistemi