Asim Xudiyev "Tvente"nin oyununa təyinat alıb

Asim Xudiyev "Tvente"nin oyununa təyinat alıb Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.
Futbol
6 Avqust , 2022 18:51
Asim Xudiyev Tventenin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, o, III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

Son xəbərlər

Orphus sistemi