Asim Xudiyev ardıcıl 2-ci dəfə eyni klubun oyununa təyinat aldı

Asim Xudiyev ardıcıl 2-ci dəfə eyni klubun oyununa təyinat aldı Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Futbol
474
17 İyul , 2021 13:40
Asim Xudiyev ardıcıl 2-ci dəfə eyni klubun oyununa təyinat aldı
Asim Xudiyev

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

"Report" xəbər verir ki, o, Qazaxıstanın "Kayrat" və Serbiyanın "Srvena Zvezda" klubları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakim-inspektoru olacaq.

Görüş iyulun 21-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.

Qeyd edək ki, bu, Xudiyevin son 1 həftədə "Kayrat" klubunun matçına ikinci təyinatıdır. O, iyulun 14-də Almatı təmsilçisinin İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı I təsnifat mərhələsinin cavab oyununda da eyni funksiyanı yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi