"Aşdod"un qapıçısı: "Qarabağ"la matçda lazımsız qol buraxdıq"

"Aşdod"un qapıçısı: "Qarabağ"la matçda lazımsız qol buraxdıq" "Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi".
Futbol
30 İyul , 2021 08:38
Aşdodun qapıçısı: Qarabağla matçda lazımsız qol buraxdıq
Yoav Gerafi

"Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi".

"Report"un məlumatına görə, bu fikirləri İsrailin "Aşdod" klubunun qapıçısı Yoav Gerafi evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra deyib.

28 yaşlı qolkiper mərhələdə adlaya bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Onları keçə biləcəyimiz barədə nikbin idik. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük".

Gerafi daxili çempionata köklənəcəklərini sözlərinə əlavə edib. O, "Aşdod"un yaxşı oyunçulara malik olduğunu vurğulayıb: "Heyət çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram".

Qeyd edək ki, Bakıdakı ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə edən "Qarabağ" III təsnifat mərhələsində Kiprin AEL (Limassol) klubu ilə qarşılaşacaq. İlk matç avqustun 5-də səfərdə, cavab oyunu avqustun 12-də evdə gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi