"Arsenal" "Vulverhempton"u Avropa Liqasından məhrum etdi

"Arsenal" "Vulverhempton"u Avropa Liqasından məhrum etdi Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu 2020/2021 mövsümü üçün Avropa Liqasına vəsiqə şansını itirib.
Futbol
1004
2 Avqust , 2020 12:47
Arsenal Vulverhemptonu Avropa Liqasından məhrum etdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu 2020/2021 mövsümü üçün Avropa Liqasına vəsiqə şansını itirib. 

"Report"un məlumatına görə, buna "Arsenal"ın İngiltərə Kubokunun finalında "Çelsi" üzərində 2:1 hesablı qələbəsi səbəb olub.

Derbidə "topçular" qalib gəlməsəydi, qitə miqyaslı yarışa "Vulverhempton" yollanacaqdı. Çünki Dadaşovun komandası Premyer Liqanı "Arsenal"dan bir pillə öndə - 7-ci yerdə başa vurmuşdu. 6-cı yeri tutan "Tottenhem" isə birbaşa qrupdan yox, təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 

"Vulverhempton" hazırkı Avropa Liqasının qalibi ola bilsə, gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.