"Arsenal" və "Qarabağ"ın start heyətləri açıqlanıb

"Arsenal" və "Qarabağ"ın start heyətləri açıqlanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI tur matçında İngiltərədə üz-üzə gələcək Arsenal və Qarabağ komandalarının start heyətləri açıqlanıb.
Futbol
13 Dekabr , 2018 23:25
Arsenal və Qarabağın start heyətləri açıqlanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI tur matçında İngiltərədə üz-üzə gələcək "Arsenal""Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Unay Emeri ilk "11-lik"də cəmi 3 təcrübəli futbolçuya - zədəsini sağaldan Loran Koselni və Məsut Özilə, eləcə də Aleksandr Lyakazetə yer verib. Kapitan sarğısını isə Koselni daşıyacaq. "Qarabağ"ın heyətində isə Araz Abdullayev ehtiyatda qalıb. Hannes Halldorsson isə ümumiyyətlə, "18-liy"ə salınmayıb.

"Arsenal": 26. Emiliano Martines, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni (k.), 9. Aleksandr Lyakazet, 10. Məsut Özil, 15. Ensli Metlan-Naylz, 25. Karl Jenkinson, 49. Eddi Nketia, 59. Co Uillok, 87. Bukayo Saka

Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Çarli Gilmor, 47. Zeçariya Medli, 72. Tayris Con-Culs

Baş məşqçi: Unay Emeri

"Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 13. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi