“Arsenal” “Nyukasl”ı darmadağın edib

“Arsenal” “Nyukasl”ı darmadağın edib İngiltərə Premyer Liqasının 19-cu turunda London “Arsenal”ı öz meydanında “Nyukasl”ı qəbul edib
Futbol
268
19 Yanvar , 2021 03:48
“Arsenal” “Nyukasl”ı darmadağın edib

İngiltərə Premyer Liqasının 19-cu turunda London “Arsenal”ı öz meydanında “Nyukasl”ı qəbul edib.

“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalıb komandanın heyətində Pyer-Emerik Obameyanq dubla imza atıb, daha bir qolu Bukayo Saka öz hesabına yazıb.

Beləliklə, “Arsenal” 27 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Aktivində 19 xalı olan “Nyukasl” isə 19-cu yerdə qərarlaşıb.

Turnirin növbəti turunda, yanvarın 26-da “Arsenal” səfərdə “Sautqempton”un qonaqı olacaq, “Nyukasl” isə bundan üç gün sonra səfərdə “Aston Villa”ya qarşı oynacaq.

Son xəbərlər

Orphus sistemi