"Arsenal" "Real Madrid"in futbolçusunu icarəyə götürdü

"Arsenal" "Real Madrid"in futbolçusunu icarəyə götürdü Norveç millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Martin Edeqor "Arsenal"a keçib.
Futbol
27 Yanvar , 2021 15:40
Arsenal Real Madridin futbolçusunu icarəyə götürdü
Martin Edeqor

Norveç millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Martin Edeqor "Arsenal"a keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi London təmsilçisində icarə əsasında çıxış edəcək.

Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb. Futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Martin Edeqor ötən mövsümü icarə əsasında İspaniyanın "Real Sosyedad" klubunda keçirib.

Son xəbərlər

Orphus sistemi