"Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO

"Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO London. 14 dekabr. REPORT.AZ/ İngiltərədə Arsenal və Qarabağ komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.
Futbol
14 Dekabr , 2018 02:03
Arsenal - Qarabağ oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO

London. 14 dekabr. REPORT.AZ/ İngiltərədə "Arsenal""Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

"Report"un oyunu izləyən əməkdaşı xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytən ABBASLI

Son xəbərlər

Orphus sistemi