"Arsenal" Premyer Liqa matçında 6 cavabsız qolla qalib olub

"Arsenal" Premyer Liqa matçında 6 cavabsız qolla qalib olub İngiltərə Premyer Liqasının XVII turunun matçında Londonun "Arsenal" klubu "Şeffild Yunayted" üzərində böyük hesablı qələbə qazanıb.
Futbol
5 Mart , 2024 05:36
Arsenal Premyer Liqa matçında 6 cavabsız qolla qalib olub

İngiltərə Premyer Liqasının XVII turunda Londonun "Arsenal" klubu "Şeffild Yunayted" üzərində böyükhesablı qələbə qazanıb.

"Report"un məlumatına görə, Şeffilddəki "Bremmel Leyn" stadionunda keçirilən görüş paytaxt klubunun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Arsenal”ın futbolçuları görüşün ilk hissəsində 5 qol vurublar. Martin Edeqor, Qabriel Martinelli, Kay Haverts və Deklan Rays hərəyə bir dəfə fərqlənib, rəqibdən isə Ceyden Boql avtoqol müəllifi olub. İkinci hissədə yeganə qolu Ben Uayt vurub.

Beləliklə, "Arsenal" İngiltərə Premyer Liqasında qələbə seriyasını 7 görüşə çatdırıb. Hesabında 61 xal olan komanda turnir cədvəlində üçüncüdür və lider “Liverpul”dan cəmi 2 xal, ikinci pillədə qərarlaşan “Mançester Siti”dən isə 1 xal geri qalır.

"Arsenal" üçün bu qələbə Premyer Liqada ardıcıl dördüncü böyükhesablı qələbə olub. Buna qədər londonlular “Vest Hem” (6:0), “Bernli” (5:0) və “Nyukasl”ı (4:1) məğlub ediblər.

“Şeffild Yunayted”in 13 xalı var və turnir cədvəlində sonuncu, 20-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi