"Arsenal" öz meydanında "Everton"a uduzdu

"Arsenal" öz meydanında "Everton"a uduzdu İngiltərə Premyer Liqasının XXXIII turunun birinci matçında London "Arsenal"ı "Everton"la qarşılaşıb
Futbol
24 Aprel , 2021 01:29
Arsenal öz meydanında Evertona uduzdu

İngiltərə Premyer Liqasının XXXIII turunun birinci matçında London "Arsenal"ı "Everton"la qarşılaşıb.

“Report” xəbər verir ki, matç Böyük Britaniyanın paytaxtındakı "Emireyts" stadionunda keçirilib və qonaqların minimal – 1:0 hesablı qələbəsi ilə qurtarıb.

Matçda yeganə qolu 76-cı dəqiqədə "Arsenal"ın qolkiperi Bernd Leno öz qapısına vurub.

Bu qələbədən sonra Karlo Ançelottinin yetirmələri 52 xal yığıblar və İngiltərə çempionatının yarış cədvəlində səkkizinci yerə yüksəliblər.

"Topçular" 46 xalla yarış cədvəlində doqquzuncu yeri qoruyurlar.

Son xəbərlər

Orphus sistemi