"Arsenal" Mxitaryanı yay transfer dövründə satmağa hazırlaşır

"Arsenal" Mxitaryanı yay transfer dövründə satmağa hazırlaşır İngiltərənin Arsenal klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.
Futbol
25 May , 2019 02:35
Arsenal Mxitaryanı yay transfer dövründə satmağa hazırlaşır

İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, "topçular"ın rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyini düşünür.

Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"də 34 milyon avroya keçib. Cari mövsümdə o, 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Erməni futbolçunun "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var. O, "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib.

Son xəbərlər

Orphus sistemi