“Arsenal” – "Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi

“Arsenal” – "Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi Londonun “Emireyts” stadionunda İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal” – “Mançester Yunayted” komandaları qarşılaşıb.
Futbol
30 Yanvar , 2021 23:52
 “Arsenal” – Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi

Londonun “Emireyts” stadionunda İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal” – “Mançester Yunayted” komandaları qarşılaşıb.

“Report” xəbər verir ki, görüş qolsuz bərabərliklə başa çatıb.

“Mançester Yunayted” 21 matçda 41 xal toplayaraq İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün turnir cədvəlində ikinci yer tutur. “Arsenal” 31 xalla 8-ci yerdə qərarlaşıb. Turnirin lideri “Mançester Siti”dir (44 xal). İlk üçlüyə həmçinin 39 xalla “Lester Siti” də daxildir.

“Mançester Yunayted”lə “Arsenal” arasında birinci oyun “londonlular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi