"Arsenal" klubu Henrik Mxitaryanın xidmətindən məhrum olub

"Arsenal" klubu Henrik Mxitaryanın xidmətindən məhrum olub Sokratis Papastatopulosun da durumuna tam aydınlıq gəlməyib
Futbol
25 Sentyabr , 2018 13:28
Arsenal klubu Henrik Mxitaryanın xidmətindən məhrum olub

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu iki futbolçu itkisi ilə üzləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Henrix Mxitaryan və Sokratis Papastatopulos “topçular”ın "Brentford Siti"yə qarşı Liqa Kubokunda keçirəcəyi növbəti oyunu buraxa bilər. Avroliqanın ilk turunda Ukrayna “Vorskla”sı ilə görüşdə sağ ayağından zərbə alan Ermənistan yığmasının yarımmüdafiəçisinin yaşıl meydanlara qayıdış vaxtı bəlli deyil. İngiltərə Premyer Liqasının VI tur matçını buraxan Mxitaryanın oktyabrın 4-də "Arsenal"ın Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının II tur matçında iştirakı sual altındadır. 

Yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos isə “Everton”la oyunda dizindən zədələnib. Həm Mxitaryan, həm də Papastatopulosun durumu "Brentford"la matç ərəfəsində bir daha nəzərdən keçiriləcək. 

Daha əvvəl müdafiəçi Loran Koselninin "Qarabağ"la oyunda iştirak etməyəcəkləri açıqlanıb. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi